2.2.16

Fevralın 1-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 5 nömrəli uşaq incəsənət məktəbi 2 fevral -Gənclər günü ilə əlaqədar tədbir keçirdi. İlk öncə məktəbin incəsənət şöbəsinin müəllimi Aynurə Haqverdiyeva Gənclər gününün yaranmasından danışdı.Qeyd etdi ki, 2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-cı ilin bu günündə keçirilib. 1997-ci ildən fevralın 2-i ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gənclər günü elan olunub. Bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Daha sonra məktəbin gənc müəllimləri müxtəlif musiqi alətlərində konsert proqamı ilə çıxış etdilər. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndi. Sonda məktəbin direktoru Emin Nağıyev bütün gənc müəllimləri təbrik etdi və gələcək işlərində uğurlar arzuladı. Sonda xatirə şəkilləri çəkdirildi.














Комментариев нет:

Отправить комментарий