6.12.19

Bakı şəhər Mədəniyyət Baş idarəsinin təşkilatçılığı ilə Səttar Bəhlulzadənin 110 illik yubleyinə həsr olunmuş tədbir keçirildi.Tədbiri incəsənət şöbəsinin müəllimi Axundova Şahzadə çıxış edərək qeyd edib ki, Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndlərindəm biri,Azərbaycan əməkdar incəsənət xadimi,Azərbaycan xalq rəssamı,Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu ildə dekabr ayının 15-də Bakının Əmircan kəndində anadan olub.Rəssamın yaradıcılığında təbiət təsvirlərinə meye getdikcə güclənmiş,o,mənzərə janrında daha bitkin əsərlər yaratmışdır.Rəssamın “Kəpəzin göz yaşları”, “ Vətəmimin baharı”, “Torpağın arzusu”, “Azərbaycan nağılı”, “Yaz səhəri”, “ Muğanda bahar”, “Neft daşları”, “Naxçıvan” və s. kimi məşhur əsərlər yaradıb.Səttar Bəhlulzadənin ən çox getdiyi və təbiətini ilhamla tərənnüm etdiyi rayonlardan Quba,Abşeron,Göy-göl mənzərələri idi.Rəssamın fərdi sərgiləri Əlcazair,Misir,Livan,Norveç,Çexoslovakiya,Kanada,Belçika,Fransa,Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir.Səhnədə rəsm sinifinin şagirdlərinin çəkdikləri rəsmlər nümayiş olundu.Şagirdlər rəssamın əsərlərini çəkmişdilər.Çəkdikləri rəsmlər haqqında ətraflı məlumat verdilər.Monitorda rəssamın öz fikirlərini söylədiyi frament dinlənildi və sonda rəssam haqqında video nümayiş olundu.































Комментариев нет:

Отправить комментарий