12.12.19

5 nömrəli Uşaq İncəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Qaradağ rayon Gənclər evində təşkil olunmuşdur. İlk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının məsləhətçisi Teymur Mustafayev ulu öndər haqqında öz fikirlərini söylədi. Tədbiri nəzəriyyə şöbəsinin müəllimi Ələsgərova Məhəbbət idarə edirdi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı,cəsarəti, siyasi iradəsi və müdirlikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəz edilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. “Doğma Vətən torpağına heçdə yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm”- deyən dahi rəhbər xalqın imdadına çatdı. Naxçıvana gəlişindən az sonra 1990-ci ilin avqustunda gənclərlə görüşdə ulu öndərin dediyi sözlər onun əsas amalını konkret şəkildə ifadə edirdi: “Mənim başlıca arzum Azərbaycanın siyasi və iqtisadi cəhətdən müstəqil,demokratik respublika kimi görməkdir.” Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri sadalamaqla bitib tükənən deyil çünki, Azərbaycanın hər daşında, torpağında, quruculuq işlərində, ulu öndərin izləri var. Onun fəaliyyətinin uğurlu bəhrələrini hər yerdə görmək mümkündür. Bu gün onun möhtəşəm izləri, əməlləri misilsiz xidmətləri xalqımıza bəllidir və gözümüz önündədir. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu öndərin zəngin irsi, ideaları və tövsiyyələri müasir cəmiyyətimizin inkişafını nəinki ideya mənbəyidir. Həmçinin möhtəşəm səfərbəredici amilidir. Ümummilli lider Heydər Əliyev vətənpərvər insan idi. O, vətənpərvərlik ruhunu bizlərə aşılamışdır. Vətəni sevməyi,qormağı bizlər məhz ulu öndərdən öyrənmişik. Belə ki, Heydər Əliyev məktəbi nəsillərdən-nəsillərə keçərək daim yaşayacaq. Ulu öndərin sözləri ilə desək: “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam.” Bu fikir hər bir Azərbaycan vətəndaşının qəlbində daim səslənir. Bizi vətənimizə daha çox bağlayır və bu gün biz qürurla, fəxarət hissi ilə və iftixarla bu sözləri təkrar edirik. “Biz fəxr edirik ki, Azərbaycanlıyıq.” Monitorda ulu öndər Heydər Əliyev haqqında mahnı səsləndi, hazırlanmış qısametrajlı film nümayiş olundu. Uşaqların sevilən mahnısı “Heydər babanın nəvələriyik” mahnısı dinlənildi. Məktəbin 2-ci sinif şagirdi Hacızadə Bahar Səməd Vurğunun “Azərbaycan” şeirini söylədi. Monitorda isə dahi şəxsiyyətin çıxışı zamanı söylədiyi “Azərbaycan” şeiri dinlənildi. Sonda Azərbaycan Dövlət Himni səsləndi.










Комментариев нет:

Отправить комментарий