3.5.19

5 nömrəli Uşaq İncəsənət məktəbində Nazim Əliverdibəyovun yaradıcılığına həsr olunmuş bədii gecə keçirildi. Tədbiri nəzəriyyə şöbəsinin müəllimi Ələsgərova Məhəbbət keçirdirdi. Tədbirdə Məhəbbət müəllimə çıxış edərək, Azərbaycanın görkəmli bəstəkarı, folklorşünası və musiqi ictimai xadimi olmuş Nazim Ağalar oğlu Əliverdibəyov dahi Üzeyir Hacıbəyovun şagirdir olmuşdu. Nazim Əliverdibəyov Azərbaycan Dövlət Konservatoriyaslnda zəmanəmizin böyük bəstəkarı Cövdət Hacıyevin sinifində bəstəkarlıq bitirmişdi. Nazim Əliverdiybəyovun "Cırtdan" uşaq operası, "Nazxanım naz eliyir" operettası,"Mingəçevir" simfonik poeması,"Məktəblilər kantatsının","Muğan" musiqi-xoreoqrafik lövhəsinin bəstəkarıdır. Müəllimə bəstəkar haqqında daha geniş məlumat verərək, bəstəkar haqqında monitorda video göstərildi. Daha sonra məktəbin şagird və müəllimləri bəstəkarın musiqilərini ifa etdilər. Sonda məktəbin nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə bəsətkar haqqında öz xatirələrini danışdı.














Комментариев нет:

Отправить комментарий