13.5.19

10 may tarixində məktəbimizdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş birinci siniflərin “Ən yaxşı birinci” adlı 1-ci məktəbdaxili müsabiqə keçirildi.Müsabiqəyə məktəbin direktoru Emin Nağıyev sədrlik edirdi.Müsabiqəyə Azərbaycan Respublikasının əməkdar artisti,kamançanın mahir ifaçısı Mirnazim Əsədullayev, Azərbaycanın görkəmli tarzəni, dosent, professor, Azərbaycan Respublikasının xalq artisti Vamiq Məmmədəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ifaçılığı kafedrasında konsertmeyster Məsumə Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ifaçılığı kafedrasının müəllimi əməkdar artist Sərxan Abıyev dəvət olunmuşdular. Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının nümayəndəsi də müsabiqəyə dəvət olunmuşdu.İlk öncə qonaqlar məktəbin həyətyanı sahəsində çıxış edən rəqs sinifinin şagirdlərinin ifasında rəqs nömrələrinə tamaşa etdilər.Məktəbin direktoru qonaqları salamlayıb, bu günki, müsabiqə haqqında qısaca məlumat verdi. Daha sonra qonaqlar çıxış etdilər.Azərbaycan Dövlət Himni səsləndi.Dəhliz boyu rəsm sinifin şagirdlərinin sərgisi sərgilənmişdi.Sərgidə şagirdlər çəkdikləri rəsmlər haqqında qonaqlara məlumat verdilər.Müsabiqənin gedişatı haqqında Emin Nağıyev məlumat verdi və müsabiqəni açıq elan etdi.Birincilərə uğurlar arzulamaq üçün məktəbimizin məzunları çıxış etdilər.Azərbaycan Milli Konservatoriyasının xanəndə ixtisası üzrə tələbəsi Nuriyeva Nərgiz və tar ixtisası üzrə tələbəsi Təhməzov Vaqif,Azərbaycan Mədəniyyət və İncəsənət Univeristetinin musiqi müəllimlik fakultəsinin tələbəsi Təhməzova Bahar, Azərbaycan Milli Konservatoriyasının nəznində Musiqi Kollecinin vokal ixtisası üzrə tələbəsi Abbasova Səbinə öz ifaları müsabiqəyə rəng qatdılar. İfalardan sonra birincilər öz çıxışlarına başladılar. Birincilərin ifaları diqqətlə dinlənilib və qiymətləndirildi.Müsabiqənin sonunda Emin Nağıyev çıxış edərək hər kəsə təşəkkür edib,münsiflərinin qərarını və qaliblərin konsertini yaxın günlərdə keçiriləcəyini bildirdi.









































Комментариев нет:

Отправка комментария