16.2.17

Fevralın 15-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində "Azərbaycan ladlarının tədrisi metodikası" adlı ustad dərsi keçirilib. Ustad dərsində məktəbin müdiriyyəti və müəllimləri iştirak ediblər. İlk öncə məktəbin nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə keçirilən mövzularla bağlı və Azərbaycan ladları haqqında, "Rast", "Şur", "Segah" ladlarının quruluşu haqqında söhbət aparıb. Sonra Zənfirə Bağırzadə yeni dərs mövzusu "Bayatı-Şiraz" ladının tədrisi qaydalarından bəhs edib. Tədbir zamanı məktəb şagirdlərinin ifasında fortepianoda "Bayatı-Şiraz" ladının səsdüzümü təqdim olunub. Sonda məktəbin direktoru Emin Nağıyev Zənfirə Bağırzadəyə öz təşəkkürünü bildirib.










Комментариев нет:

Отправить комментарий