3.2.17

Fevralın 3-də 5 nömrəli uşaq incəsənət məktəbində 2 fevral - Gənclər gününə həsr olunmuş konsert keçirilib. İlk öncə incəsənət məktəbinin xalq çalğı və nəfəsli alətləri şöbəsinin müəllimi Tavat Səlimova çıxış edərək qeyd edib ki, 1997-ci ildən bu günə qədər hər ilin 2 fevral günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-cı ilin bu günündə keçirilib. 1997- ci ildən fevralın 2-si ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Sonra məktəb müəllimlərinin ifasında konsert proqramı dinlənilib. Məktəbin direktoru çıxış edərək müəllimləri təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb.
















Комментариев нет:

Отправить комментарий