7.5.16

Mayın 6-da 5 nömrəli uşaq incəsənət məktəbində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın kino rəssamı Cəbrayıl Əzimovun 90 illik yubleyinə həsr olunmuş tədbir-sərgi keçirilib. Tədbirdə ilk öncə incəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə çıxış edərək qeyd edib ki, Cəbrayıl Əzimov 7 may 1926-cı ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, ÜDKİ-nun rəssamlıq fakültəsini bitirib. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləyib. 10 iyul 1969-cu ildə vəfat edib. Əməkdar rəssam aktyor, Xalq artisti Rafiq Əzimovun əmisi olub. O, bir çox kinofilmlərə rəssamlıq edib. Bunlardan "Bəxtiyar", "Cazibə qüvvəsi", "Görüş", "İnsan məskən salır", "Qaraca qız", "Qızmar günəş altında" və digərlərini göstərmək olar. Tədbirdə rəssamın işlədiyi kinofilmlərin mövzusuna aid məktəbin rəsm ixtisası üzrə şagirdlərinin ilüstrasiyaları sərgilənib.











Комментариев нет:

Отправить комментарий