11.5.16

10 may tarixində 5 nömrəli uşaq incəsənət məktəbində ulu öndər Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş "Hərəyə bir gül əkək" adlı sərgi-tədbir keçirilib. İlk öncə məktəbin ətrafı müəllimlər tərəfindən alaq otlarından təmizlənib, rəngarəng güllər əkilib, dekorativ ağaclar formaya salınıb, dibləri yumşaldılıb və suvarma işləri aparılıb. Sonra rəsm ixtisası üzrə təhsil alan şagirdlərin vətənə, müharibəyə həsr olunmuş rəsmləri sərgilənib. Məktəbin kollektivi, direktor Emin Nağıyev və valideynlər sərgi ilə yaxından tanış olublar. Sonra ulu öndər Heydər Əliyev haqqında məruzələr dinlənilib. Daha sonra şagirdlər musiqi nömrələri, rəqslərlə çıxış ediblər.



































Комментариев нет:

Отправить комментарий