26.11.15

Noyabrın 26-də 5 nömrəli Uşaq İncəsənət məktəbində "AİDS-ə qarşı mübarizə aparaq" adlı məruzə-sərgi keçirdi. Tədbiri incəsənət şöbəsinin müəlliməsi Haqverdiyeva Aynurə çıxış edərək,1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə günüdür qeyd etdi.Bu gün 1988-ci ildə təsis edilmiş QİÇS günü dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran zirvə görüşündən sonra təsis edilib. Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edərək təbliğat fəaliyyətini gücləndirir. Əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilir. Narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsəd əhalinin və xüsusilə gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və uşaqlar arasında təbliğat aparılması və sağlam həyat tərzinin qorunmasıdır. Bütün bəşəriyyətin bəlasına çevrilən “Ağ ölüm”ə qarşı dövlət orqanları, ictimai təşkilatlar, cəmiyyətin bütün üzvləri, ağsaqqallar, gənclər birgə mübarizə aparmalı, uşaq və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalı və milli-mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir.



















Комментариев нет:

Отправить комментарий