30.11.15

27 noyabr 5 nömrəli Uşaq İncəsənət məktəbində “Musiqi göruüşləri” adlı tədbir keçirildi. 5 nömrəli Uşaq İncəsənət məktəbinin təqvim planında hər il olduğu kimi bu ildə bir neçə musiqi xadimləri və tanınmış şəxslərlə görüşlər nəzərdə tutulmuşdur. Belə tədbirlərdən biri məktəbin nəzəriyyə şöbəsinin müəllimi Seyidova Svetlana tərəfindən təşəbbüs irəli sürüldü və tədbir tanınmış aparıc və musiqiçi Kamran Həsənliyə həsr edildi. Belə tədbirlərin məqsədi tanınmış bəstəkarları, musiqiçiləri, incəsənət xadimlərini, müğəni və xanəndələri dəvət edərək onları müəllim və şagird kollektivi ilə yaxından tanış etmək, həmçinin həyat və yaradıcılıqları ilə baqğlı maraqlı epizodları onların özlərindən almaqdır.Kamran Həsənli məktəb kollektivi ilə tanış olmuş, ona məktəbin yaradıcılıq imkanları haqda məlumat verilmişdir. Öz növbəsində Kamran Həsənli özü haqqında məlumat verərkən bildirmişdi ki , ilk musiqi təhsilini Bül-Bül adına orta musiqi məktəbində alıb. Burada Sovet zamanı təhsil illərini xatırladı.Həmçinin burada ona musiqi təhsili vermiş müəllimlərindən söhbət açdı. Ona ən böyük sürpriz isə müəlliməsi Zənfiər Bağırzadə ilə yenidəən görüşməsi oldu. Daha sonra Kamran Həsənli Azərbaycan Dövlət Konservatoriyasındakı təhsil illərinin uğurları haqda məlumat verdi. Müəlllim və şagird heyətinin isə daha çox Kamran Həsənlinin hazırkı, yaradıcılığı yəni televiziya verilişlərindəkiu aparıcılığı maraqlandırırdı.Belə ki, Həsənlinin geniş ictimaiyyət arasında tanınmasında məhz onun aparıcılıq qabiliyyəti olub ki, b urada da onun Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti ilə bağlı verilişlərə dəvət etdiyi qonaqlarla kifayət qədər məzmunlu dialoqları tamaşaçıların yaddaşında təbii ki, xüsusi bir iz buraxıb. Tədbirdə məktəbin müəllimi Məmmədzadə Elvin fortepianoda Kamran Həsənlinin mahnı repertuarından “Popuri” ifa etdi. Tədbirin sonunda isə məktəbin direktoru Nağıyev Emin müəllim çıxış edərək Kamran Haəanliyə bu cür maraqlı görüş üçün öz minnətdarlığını bildirdi və gələcəkdə yenidən görüşmək ümidi ilə ayrıldıqlarının dilə gətirdi. Sonda xatirə şəkilləri çəkdirildi.











Комментариев нет:

Отправка комментария