2.5.15

Aprelin 30-da 5 saylı Uşaq İncəsənət məktəbi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində “Bakı - 2015 İlk Avropa Oyunları” ilə əlaqədar konsert təqdim edildi. “Bakı - 2015 İlk Avropa Oyunları”na həsr olunmuş konsertdə 5 nömrəli uşaq incəsənət, C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi, 28 nömrəli uşaq musiqi məktəblərinin şagird kollektivi iştirak etdi. İlk öncə məktəbin qarşısında qonaqlar Bakıda keçiriləcək bu kimi mötəbər beynəlxalq tədbirin ölkəmizin ev sahibliyi etməsi baxımından daha böyük təcrübə qazanması istiqamətində mühüm tədbir olacağını və “Bakı - 2015 İlk Avropa Oyunları”nda gənc idmançıların öz güclərini sınamaları üçün gözəl fürsət olduğu bildirildi. Sonra musiqi məktəbinin həyətindəməktəbimizin rəqs qrupunun ifasında "Cəngi" rəqsinə baxdılar. Konsertdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı və bir sıra qonaqlar iştirak etdilər. “Bakı - 2015 İlk Avropa Oyunları”na həsr olunmuş m\əktəbimizin şagirdlərinin rəsm sərgisi isə xüsusilə qonaqlar tərəfindən maraqla qarşılandı. Konsertin sonunda xatirə şəkilləri çəkdirildi.






















Комментариев нет:

Отправить комментарий