9.5.15

7 may 5 saylı Uşaq İncəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92- ci ildönümü ilə əlaqədar xor sinifinin konsertini keçirildi. Konsertdə Azərbaycan, rus, xarici bəstəkarlarının əsərləri ifa olundu. Konsert proqramına əməkdar incəsənət xadimi, “Humay” milli mükafatın laureatı, professor, bəstəkar Azər Dadaşovun 2 mahnısı daxil edilmişdir. Bununla bağlı olaraq məktəbin müdiriyyəti bəstəkarı konsertə dəvət etdi. Xorun ifa etdiyi “Heydər atamız” mahnısını bəstəkar özü royalda müşayət etdi. Daha sonra, bəstəkarın yaradıcılığı haqqında məktəbin nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə məlumat verdi.Azər Dadaşov məktəbin vokal müəlliməsi Salmanova Xəyalə ilə musiqi nömrəsi ifa etdi, öz əsərlərindən bir neçəsini ifa etdi, müəllim və şagirdi kollektivinin suallarına cavab verdi, öz yaradıcılığ həyatından maraqlı fakt danışdı. Konsertin sonunda məktəbin müdiri Nağıyev Emin ilk növbədə Azər Dadaşova bizim məktəbə gəldiyi üçün məktəb kollektivi adınnan böyük təşəkkür etdi və belə maraqlı görüşlərin davam edəcəyini arzuladı. Konsertdə ifa edən şagirdlərə gələcək dərslərində uğurlar dilədi və konsertdə əziyyət çəkən müəllimlərə təşəkkür etdi. Bəstəkarla görüş çox maraqlı keçdi , tədbirin sonunda xatirə şəkilləri çəkdirlidi.
















Комментариев нет:

Отправить комментарий