3.12.12

Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir.

 
12.12.2012 tarixində saat 15:00 da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş " Yaddan çıxmaz tariximiz " adlı bədii gecə keçirildi.












Azərbaycan xalqının taleyinde və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri çox olmuşlar.Bunlar zaman-zaman gördükiləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
 Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksələ bilmişdir.Milli liderliklə , siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal bir haldır.Ulu öndər bu iki keyfiyyəti ehtiva etməkle bərabər fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi ,lider kimi təsdiq etmişdir.
 Bu dahi insan Azərbaycan xalqının qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi yadda qalmışdır.Xalqımızın tarixi taleyində mənəvi, siyasi, ictimai həyatında , dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci bir dövlət adamı tapmaq qeyri mümkündür.Bu mənada o , xalqımızın iftixarı ürəklərimizdə özünə yer tapan milli liderimiz , güvənc yerimiz , qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.





Комментариев нет:

Отправить комментарий