26.11.12

Dahi şair Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş əl işləri festivalı.

Noyabrın 23-də Nizami adına Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr olunmuş əl işləri festivalının açılış mərasimi keçirildi. Festivalda Təsviri oyma (taxta, metal, daş), Tikmə, Rəsm (akvarel, qrafika, yağlı boya, batik. vitraj), Xalça, Miniatür fiqurlar (gil, gips)sahələr üzrə əl işlərindən ibarət sərgilər nümayiş etdirildi. Əl işləri həvəskar və peşəkar sənətkarlar tərəfindən təqdim edilmişdi. Ən yaxşı əl işlərinin müəllifləri Münsiflər heyəti tərəfindən seçilərək Fəxri fərmanlarla və hədiyyələrlə mükafatlandırıldı.















Комментариев нет:

Отправить комментарий