18.5.18

18 may tarixində məktəbimizin müəllim və şagirdləri Sahil qəsəbəsində yerləşən Müşviq əlilər evində konsert proqramı ilə çıxış etmişlər. Konserti məktəbinin xanəndə ixtisası üzrə müəllimi Həsənov Mirəli təşkil etmişdir. Konsertdə məktəbin şagirdlərinin və müəllimlərinin ifasında musiqi, rəqs nömrələri ifa olunmuşdur. Daha sonra Müşfiq əlilər evində olan uşaqlara məktəbimizin şagirdlərinin hazırladıqları hədiyyələr təqdim olundu.





















May ayının 12-də Respublika üzrə keçirilmiş İncəsənət olimpiadasında məktəbimizin şagirdləridə iştirak edib. Rəqs sinifin "Sahil" rəqs qrupunun şsagirdləri 1-ci yer (müəl: Bayramova Zəminə),tar ixtisası üzrə Abullayev Amin 3-cu yer, Ağayev Misir-laureat (Müəl: Quliyev Etibar), kamança ixtisası üzrə Abdullayev Ramin-laureat (Müəl: Zamanzadə Zaur),Abbaslı Nazlı,İsrafilzadə Lamiyə- laureat (Müəl:Rzayeva Ləman) adına layiq görülmüşlər. Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzu edirik.










22 may tarixindən saat 12:00-da 5 nömrəli Uşaq İncəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin 95 illik yubleyinə həsr olunmuş "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçiriləcək.