23.5.18

Mayın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirilib. Konsertə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov və digər əməkdaşlar, Bakı musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər. İlk öncə məktəbin şagirdlərinin əl işləri və rəsmlərindən ibarət sərgi ilə tanışlıq olub. Daha sonra konserti incəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə açıq elan edərək, Ulu Öndər Heydər Əliyevin incəsənətə və mədəniyyətə göstərdiyi qayğıdan, keçdiyi həyat yolundan məlumat verib. Konsertdə fortepiano, xalq çalğı və nəfəsli alətlər şöbəsinin şagirdləri Q.Qarayevin, F.Əmirovun, Kulau, Ə.Tağıyevin və s. bəstəkarların əsərlərini ifa ediblər. Konsertin sonunda Baş İdarənin rəisi Vüqar Zeynalov fərqlənən şagirdləri fəxri fərmanla təltif edib, məktəbin kollektivinə yeni-yeni uğurlar, nailiyyətlər arzulayıb.



















Комментариев нет:

Отправить комментарий