18.5.18
May ayının 12-də Respublika üzrə keçirilmiş İncəsənət olimpiadasında məktəbimizin şagirdləridə iştirak edib. Rəqs sinifin "Sahil" rəqs qrupunun şsagirdləri 1-ci yer (müəl: Bayramova Zəminə),tar ixtisası üzrə Abullayev Amin 3-cu yer, Ağayev Misir-laureat (Müəl: Quliyev Etibar), kamança ixtisası üzrə Abdullayev Ramin-laureat (Müəl: Zamanzadə Zaur),Abbaslı Nazlı,İsrafilzadə Lamiyə- laureat (Müəl:Rzayeva Ləman) adına layiq görülmüşlər. Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzu edirik.
14.5.18
11 may tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbinin xalq çalğı və nəfəsli alətləri üzrə "Buta" ansamblının konserti keçirilmişdir.Ansamblın bədii rəhbəri Asəf Dəvrişlidir. Konsertdə xalq mahnları, bəstəkar mahnıları ifa olundu. Sonda məktəbin direktoru Emin Nağıyev ansamblının bədii rəhbərin və şagirdləri təbrik etdi, onlara uğurlar arzuladı. Sonda xatirə şəkilli çəkdirildi.
8.5.18
7 may tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdləri Qaradağ rayon icra hakimiyyətinin keçirtdiyi Ulu Öndər Heydər Əliyevin 95 illik yubleyinə həsr olunmuş ümurayon tədbirində iştirak etmişdir. Məktəbimizin rəsm ixtisası üzrə şagirdləri asfalt üzərində rəsmlər çəkmişdilər. Rəqs ixtisası üzrə "Sahil" rəqs qrupunun ifasında rəqslər ifa edilmişdir. Heydər Əliyev adına mərkəzdə rəsm snifin şagirdlərinin rəsmləri sərgilənmişdir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Qafar Əliyev, Şura üzvləri və digər qonaqlar iştirak edirdilər, qonaqlar sərgi ilə tanış olmuşdular.
Подписаться на:
Сообщения (Atom)












































