8.5.18

7 may tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdləri Qaradağ rayon icra hakimiyyətinin keçirtdiyi Ulu Öndər Heydər Əliyevin 95 illik yubleyinə həsr olunmuş ümurayon tədbirində iştirak etmişdir. Məktəbimizin rəsm ixtisası üzrə şagirdləri asfalt üzərində rəsmlər çəkmişdilər. Rəqs ixtisası üzrə "Sahil" rəqs qrupunun ifasında rəqslər ifa edilmişdir. Heydər Əliyev adına mərkəzdə rəsm snifin şagirdlərinin rəsmləri sərgilənmişdir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Qafar Əliyev, Şura üzvləri və digər qonaqlar iştirak edirdilər, qonaqlar sərgi ilə tanış olmuşdular.











Комментариев нет:

Отправить комментарий