20.12.19

19 dekabr tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbində “Asəf Zeynallının anadan olmasının 110 illiyinə” həsr olunmuş xatirə gecəsi keçirildi.Tədbiri nəzəriyyə şöbəsinin müəllimi Ələsgərova Məhəbbət təşkil etmişdir.Ələsgərova Məhəbbət çıxışında qeyd etdiki, Asəf Zeynallı onun musiqisinə heç kəs biganə qala bilmir. Çünki,bu musiqi xalq musiqisi qədər qəlbə yaxındır.Asəf Zeynallının “Uşaq süitası” əsəri ilk Azərbaycan musiqi tarixində uşaq musiqisi reperturanın əsasını qoyub.Bu əsər 6 kiçik pyesdəb ibarətdir.Pyesləri məktəbin müəllimləri Hacıverdiyeva Arzu, Baxışova Esmira ifa etdilər.Asəf Zeynallı xalq mahnılarının nota salınmasında Üzeyir Hacıbəyov,Müslüm Maqomayevlə çiyin-çiyinə çalışıb.O, “Sarı gəlin”, “ Səndən mənə yar olmaz”, “O qara qaşlar” və digər 70-ə yaxın xalq mahnıları üzərində işləyib,nota salıb. Asəf Zeynallı ilk milli romans janrının əsasını qoyub.O,”Ölkəm”, vətənpərvərlik mövzusunda “Sərhədçi” romansların,”Sual”, “Çadra”, “ Seyran” və digər mahnı-romansların müəllifdir. “Ölkəm” romansını məktəbin müəllimi Hüseynova Xəyalə ifa etdi. Bəstəkarın “Araz” adlı pyesini 5-ci sinif şagirdi Baxışov Cəlil ifa etdi.Monitorda bəstəkarın “Muğamsayağı” əsəri dinlənildi.Sonda nəzəriyyə şöbəsinin müdiro Bağırzadə Zənfirə bəstəkar haqqında öz fikirlərini söylədi.









Комментариев нет:

Отправить комментарий