14.11.19

14 noyabr tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbi 12 noyabr Konstitusiya və 17 noyabr Milli Dirçəliş gününə həsr olunmuş konserti keçirildi.Konsert Aynur körpələr evi-uşaq baxçasında keçirildi.Konsertdə vokal ixtisası üzrə müəllimi Hüseynova Xəyalə çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiya günü 12 noyabr 1995-ci il ümumxalq referendumu əsasında qəbul edilmişdir.Azərbaycan Respiblikasının müstəqilliyi bərpa edildikdən sonra ilk konstitusiya idi.1994 cü ildə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə konstitusiya komissiyası fəaliyyətə başladı. 17 noyabr 1992-ci ildə elan olunmuş rəsmi bayramdır.1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Daha sonra məktəb şagirdlərinin ifasında musiqi nömrələri olundu.
















Комментариев нет:

Отправить комментарий