12.12.18

12 dekabr 5 nömrəli Uşaq İncəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. İlk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yadd edildi. Tədbirdə məktəbin müəllimi Əzimova Şəbnəm çıxış edərək, qeyd etmişdir. Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. 1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olunub. Məhz həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. 1993-cü il iyunun 15-i isə müstəqil Azərbaycanın Qurtuluş günüdür. Əgər milli liderimiz Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu mümükün olmayacaqdır. Umummilli lider Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar o günləri cənab Prezident belə xatırlayır: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”. Çıxışının sonunda “Biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq,xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq! “.- dahi Ulu Öndərimiz Heydər Əliyev. Ulu Öndər haqqında monitorda video parçalar göstərilidi.







Комментариев нет:

Отправить комментарий