18.9.18

17 sentyabr 5 nömrəli Uşaq İncəsənət məktəbində "Bilik günü"nə həsr olunmuş tədbir keçirildi. İlk öncə Azərbaycan dövlət himni səsləndi. Səhnəyə Azərbaycan Dövlət Bayrağı gətirildi. Daha sonra nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə Bilik gününün yaranma tarixindən danışdı. Qeyd etdiki, 15 sentyabr Azərbaycanda məktəblərdə dərslərin başladığı gün kimi qeyd edilir.2004-cü ilə qədər həmin gün sentyarbın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmışdır. Beləliklə, həmindən gündən etibarən Bilik günü elan edilmişdir. Məktəbə yeni qədəmlərini qoymuş sevimli birincilərin ifasında Azərbaycan, ana, məktəb haqqında şerlər səsləndi. Məktəbimizin şagirdlərinin ifasında musiqi nömrələri ifa olundu. Tədbirin sonunda məktəbimizin incəsənət şöbəsinin məzunlarının rəsmləri sərgilənmişdir.



























Комментариев нет:

Отправить комментарий