9.4.18

5 aprel 5 nömrəli Uşaq İncəsənət məktəbindən Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Tədbirdə nəzəriyyə şöbəsinin müdiri Bağırzadə Zənfirə çıxış edərək, görkəmli Azərbaycan bəstəkarı və pedaqoq, SSSRİ xalq artisti Stalin, Lenin mükafatları laureatı, sosialist əmək Qəhrəmanı, Azərbaycan SSRİ Dövlət mükafatı ,SSSRİ Ali Sovetin Deputatı, ictimai xadim bütün bunlar dünya şöhrətli Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndəsindən biri Qara Əbülfəz oğlu Qarayev 1918-ci ildə fevralın 5-də Bakıda ziyalı ailəsindən anadan olmuşdur. Onun atası məhşur alim, həkim-pediator idi, eyni zamanda milli musiqini sevirdi və bilirdi. Qara Qarayev Üzeyir Hacıbəyov ənənəsini davam etdirərək Azərbaycan musiqisində yeni yollar açmışdır.O musiqidə "Qarayev şərqi" adlandırıan musiqi dili yaratmışdır. O məhəbbət və mübarizə, təbiət və insanın qəlbi haqqında musiqi yazırdı, musiqi səslərində fantastik aləmi, arzular, həyat sevinci və ölüm soyuğunu əks etdirə bilirdi Qarayev dünyası əlçatmaz zirvədir. Daha sonra məktəb şagirdlərinin ifasında bəstəkarı "6 uşaq pyesi" məcmuəsindən "Düşüncə", "Şən hadisə","Fırfıra", "Marş", "İldırımlı yollarla" baletindən "Rəqs", "Mən sizi sevidim" romansı, "Yeddi gözəl" baletindən "Vals", "Eskiz" səsləndi. Tədbir çox maraqlı keçitdi.Hər kəs maraqla dinlədi.













Комментариев нет:

Отправить комментарий