23.5.17

Mayın 17-də 5 nömrəli uşaq incəsənət məktəbində xalq çalğı və nəfəsli alətləri şöbəsinin 1-ci sinif şagirdlərinin məktəbdaxili müsabiqəsi keçirilib. İlk olaraq, müsabiqənin münsiflər heyəti təyin edilib. Sonra şagirdlərin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa olunub. Müsabiqədə bütün ixtisaslar üzrə şagirdlər çıxış ediblər. May ayının 22 də isə qaliblərin konserti keçirilib və qaliblər diplomlarla təltif olunub. Sonda məktəbin direktoru Emin Nağıyev çıxış edərək şagirdləri təbrik edib, müsabiqələrin davamlı olmasını arzulayıb.















































Комментариев нет:

Отправить комментарий