16.12.16

Dekabrın 15-də 5 nömrəli uşaq incəsənət məktəbinin "Ömrün çalarları" adlı sərgi keçirilib. Sərgi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində təşkil olunub. İlk öncə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri, Rusiya səfirliyinin məsləhətçisi Denisov Balentin Petroviç çıxış edərək, məktəb kollektivini salamlayıb. Burada balaca rəssamların əl işləri nümayiş etdirilib. Sonra məktəbin nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə çıxış edərək, məktəbin şagirdlərinin sərgisinin keçirilməsinə şərait yaratdıqlarına görə məktəb kollektivi adından təşəkkürünü bildirib. Məktəbin kollektivi adından Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinə rəsm kompozisiyasını hədiyyə edib. Daha sonra mərkəzin nümayəndələri və məktəbin kollektivi sərgi ilə tanış olublar. Şagirdlər çəkdikləri rəsmləri tamaşaçılara izah ediblər. Sonda xatirə şəkilləri çəkilib.

















Комментариев нет:

Отправить комментарий