15.9.15

Bu gün Azərbaycanda Bilik günü və yeni dərs ilinin başlanğıcı qeyd olunur. Ölkə prezidenti İlham Əliyevin 24 avqust 2004-cü il tarixli sərəncamı ilə bütün tədris müəssisələrində dərslər sentyabrın 15-də başlanır. Məhz bu tarix Bilik günü kimi təsdiq olunub. Bu münasibətlə sentyabrın 15-də 5 nömrəli uşaq incəsənət məktəbində Bilik günü ilə əlaqədar tədbir keçirildi. İlk öncə tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Tədbirdə məktəbin nəzəriyyə şöbəsinin müdiri Zemfira Bağırzadə Bilik günü münasibətilə məktəbliləri təbrik etdi və yeni dərs ilində onlara uğurlar arzuladı. Sonda məktəblilərin səsləndirdikləri şeir və mahnılardan ibarət rəngarəng konsert proqramı hərkəsdə xoş ovqat yaratdı.


















Комментариев нет:

Отправить комментарий