26.2.15

26 fevral "Xocalı" faciəsi ilə əlaqədar "Xocalıya Haray" adlı sərgi-məruzə keçirildi. Xocalı soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Sərgidən sonra məktəbin akt zalında Xocalı soyqırımına həsr olunmuş məruzə dinlənildi. Məruzədə incəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə bildirildi ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldığı qeyd olundu. Bu gün Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.













Комментариев нет:

Отправка комментария