19.1.15

20 Yanvar faciəsinə həsr olunmuş “Yaddan çıxmaz tariximiz” adlı bədii-gecə və sərgi keçirtdi. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yadd edildi. Daha sonra nəzəriyyə şöbəsinin müəllimi Ələsgərova Məhəbbət sovet ordusunun Azərbaycan xalqına qarşı terror aktı haqqında ətraflı məlumat verdi. Həmin gecədə Azərbaycan xalqının azadlıqı uğurunda canlarından keçən vətən övladlarından danışdı. Onlar Azərbaycan xalqının azadlıqı uğurda canlarını qurban veriblər. Şagirdləri 20 Yanvar, Vətən, Ana haqqında şerlər söylədilər. Fortepiano və xalq çalğı alətləri şöbəsinin müəllimlərinin ifasında həzin musiqilər ifa olundu. Tədbirdə incəsənət şöbəsinin şagirdlərinin ”20 Yanvara” həsr etdiyi rəsm əsərlərindən ibarət sərgi nümayiş olundu. Sonda nəzəriyyə şöbəsinin müdiri Bağırzadə Zənfirə “20 Yanvar” faciəsi haqqında öz fikirlərini söylədi.


























Комментариев нет:

Отправить комментарий