24.9.13

V Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalı " Üzeyir evinin qonaqlari " layihəsində məktəbimizin gənc ifaçısı Nuriyeva Nərgiz cixiş etmişdir.

18 - 28 sentyabr 2013-cü il tarixində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş V Beynəlxalq Musiqi Festivalı keçirilir. Artıq ənənə halını almış bu möhtəşəm festivalın açılışı 5-ci ildir ki, 18 sentyabr "Musiqi Günü"nə təsadüf edir. Dünyanın müxtəlif yerlərinidən gəlmiş builki festivalda Rusiya, Türkiyə, Almaniya, Fransa, ABŞ, Slovakiya və Litvadan tanınmış dirijor və solistlər, gənc, istedadlı ifaçılar, musiqi kollektivləri - Münhen Yeni Filarmonik Orkestri, BoqdanVarxal adına Slovakiya Dövlət Kamera Orkestri, "Romantik" kvarteti, "Utopik" kvarteti, Peter Rundel, Bricit Pinter, Vilija Poskute və Tomas Daukantas, Svetlana Berejnaya, V.Vorona-Viktoriya Çenskaya, Teymuraz Ququşvili, Petry Rakovitse,Varvara Nepomnyaşaya, AŞU, Nikita Volov və Daniel Tağıyev iştirak edirlər. 24 sentyabr tarixində "Üzeyir evinin qonaqları" layihəsində məktəbimizin gənc ifaçısı Nuriyeva Nərgiz cixiş etmişdir.

Комментариев нет:

Отправка комментария