9.11.13

"Bayrağımız-Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidi" Heydər Əliyev

9 noyabr "Dövlət Bayraq günü" münasibəti ilə incəsənət şöbəsi sərgi-tədbir keçirtdi. İlk öncə Azərbaycan Dövlət Himni səsləndi və Dövlət Bayrağı səhnəyə gətirildi. Daha sonra müəllimə Ağayeva Ləman dövlət bayrağının yaranma tarixindən və dövlət bayraq meydanının yaranma tarixindən danışdı. Rəsm ixtisası üzrə şagirdimiz Novruzova Mətanət B.Vahabzadənin "Bayraq" şerini qürurla söylədi. Ağayeva Ləman "Dünya dövlətlərinin bayrağlarını tanıyaq" adı altında müəllim və şagirdlər arasında kiçik viktorina keçirtdi. Nəzəriyyə şöbəsinin müdiri Z.Bağırzadə İtaliyanın Milan şəhərində olarkən, küçələrin birində dünya dövlətlərinin bayraqları sırasında Azərbaycan Bayrağınında dalğalanmasının bizlər üçün sevinc və qürur olduğunu qeyd etdi. İncəsənət şöbəsinin müdiri İmanova Rəna Azərbaycan bayrağının hər zaman zirvələrdə olmasını arzuladı və bayrağımızın Qarabağımızda dalğalanacaqı günü hər bir Azərbaycanlının səbirsizliklə gözlədiyini bildirdi. İncəsənət şöbəsinin müəllimləri Ağayev Rauf, Ağayev Babək, Ağayeva Ləmanın hazırladığları 5 saylı Uşaq İncəsənət məktəbinin bayrağını tədris hissə işləri üzrə direktor müavini Nəvai Babayevə təntənəli şəkildə təqdim edildi. Babayev Nəvai "Dövlət Bayraq günü" haqqında fikirlərini bölüşdü. Məktəbimizin bayrağının hazırlanıb ərsəyə gəlməsində əməyi, əziyyəti olan müəllimlərə təşəkkür edərək, dövlət bayrağının hər zaman zirvələrdə olduğu kimi məktəbimizin bayrağınında hər zaman zirvələrdə olmasını arzuladı. Tədbirin sonunda İmanova Rəna "Dövlət Bayraq günü" münasibəti ilə bütün məktəb kollektivini, şagirdlərimizi təbrik etdi. Böyük maraqla izlənən tədbir alqışlarla sona çatdı və tədbir iştirakçıları rəsm ixtisası üzrə təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa etdilər.



































Комментариев нет:

Отправка комментария