15.9.13

20 sentyabr tarixində məktəbimizde nəzəriyyə şöbəsinin təşkil etdiyi Musiqi gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə dahi Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından bəhs olundu.Üzeyir Hacıbəyov elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırmışlar.






Комментариев нет:

Отправить комментарий