20.4.18
19 aprel tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbində rəqs ixtisası üzrə müəllimə Bayramova Zəminənin sinifinin konserti keçirildi. Konsertdə şagirdlər Azərbaycan milli rəqslərindən "Uzundərə", "Tərəkəmə", "Üzüm rəqsi", "Qızılgül", "Yallı" və s., bubunlar yanaşı şagirdlər xarici rəqslərdə ifa etdilər. Şagirdlərimiz rəqslərə yanaşı tədris köməkçi fənn üzrə keçirilmiş mahnılarda ifa etdilər. Sonda məktəbin direktoru Emin Nağıyev çıxış edərək müəllim və şagirdləri təbrik etdi, onlara uğurlar arzu etdi. Sonda xatirə şəkilləri çəkdirildi.
16.4.18
Martın 7 - də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli Uşaq İncəsənət məktəbində 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş I sinif şagirdlərindən ibarət konsert-sərgi keçirilib. İlk öncə rəsm sinifin 1-ci sinif şagirdlərinin rəsmləri sərgilənib. Şagirdlər çəkdikləri rəsmlər fikirləini izah ediblər. Məktəbin fortepiano şöbəsinin müəllimi Əzimova Şəbnəm Beynəlxalq Qadınlar günün yaranma tarixindən məlumat verib. Daha sonra fortepiano, xalq çalğı və nəfəlsi alətlər şöbələrinin birincilərinin ifaları dinlənilib. Konsertin sonunda məktəbin direktoru Emin Nağıyev 8 mart beynəlxalq Qadınlar günü münasibəti ilə müəllim və valideynləri təbrik edib. Birincilərin ifalarının davamlı və uğurlu olmasını arzulayıb.
Подписаться на:
Сообщения (Atom)