5 nömrəli Uşaq İncəsənət Məktəbi

19.10.16

Oktyabrın 18-də 5 nömrəli uşaq incəsənət məktəbi 18 oktyabr- Dövlət Müstəqillik gününə həsr olunmuş konsert proqramı təqdim edib. Konsert Sahil qəsəbəsində yerləşən “Aynur” uşaq bağçasında təşkil olunub. İlk öncə məktəbin müəllimi Şəbnəm Əzimova qeyd edib ki, Azərbaycanın Dövlət Müstəqilliyi günü - Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 1991 – ci il oktyabrın 18 – dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir. Sonra məktəbin şagirdlərinin ifasında musiqi nömrələri təqdim olunub, bağça uşaqları da rəqs ediblər.
















Gönderen 5sayli-uim.blogspot.com/ zaman: 23:40 Комментариев нет:
Отправить по электронной почтеНаписать об этом в блогеПоделиться в XОпубликовать в FacebookПоделиться в Pinterest

6.10.16

Oktyabın 5-də 5 nömrəli uşaq incəsənət məktəbində Beynəlxalq Müəllimlər gününə həsr olunmuş konsert keçirilib. Konsert tədbirində ilk öncə məktəbin incəsənət şöbəsinin müəllimi Aynurə Haqverdiyeva çıxış edərək qeyd edib ki, dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Beynəlxalq Müəllimlər günü qeyd edilir. Sonra məktəbin müəllim kollektivi maraqlı səhnəciklərlə çıxış ediblər. Sonda məktəbin direktoru Emin Nağıyev bütün müəllim kollektivini təbrik edərək, hər kəsə uğurlar arzulayıb.












Gönderen 5sayli-uim.blogspot.com/ zaman: 03:45 Комментариев нет:
Отправить по электронной почтеНаписать об этом в блогеПоделиться в XОпубликовать в FacebookПоделиться в Pinterest

30.9.16

Musiqi günü ilə əlaqədar və böyük bəstəkarımız Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi münasibəti ilə respublikada keçiriliən VIII beynəlxalq musiqi fesitfalı çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdləri dahi bəstəkarın ev muzeyində olublar. Bəstəkarın həyat və yaradıcılğı, keçdiyi ömür yolu, o dövrün musiqi mədəniyyəti haqqında muzeyin şöbə müdiri ətraflı məlumat verib. Qeyd edib ki, Üzeyir Hacıbəyov Azərbaycan professional bəstəkarlıq məktəbinin banisi olmuşdur. Onun yaratdığı "Leyli və Məcnun" operası nəinki Azərbaycanın eləcə də bütün Şərq dünyasının ilk operası olub.





Gönderen 5sayli-uim.blogspot.com/ zaman: 04:45 Комментариев нет:
Отправить по электронной почтеНаписать об этом в блогеПоделиться в XОпубликовать в FacebookПоделиться в Pinterest

16.9.16

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbi 15 sentyabr - Bilik gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İlk öncə tədbir iştirakçıları, müəllim və şagirdlər, məktəbin həyətində təşkil olunan rəsm sərgisi ilə tanış olublar. Məktəbin nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə 15 sentyabr - Bilik günü münasibətilə müəllim, şagird və valideynləri təbrik edib. Bildirib ki, hazırda məktəbdə musiqi, təsviri incəsənət və xoreoqrafiya üzrə təhsil alan şagirdlər bir çox respublika və beynəlxalq müsabiqələrdə uğurla iştirak edir, mükafatlar qazanırlar. Ümidvarıq ki, siz də, əziz birincilər, səylə çalışacaqsınız, böyük uğurlar qazanaraq dövlətimizin və məktəbimizin adını uca tutacaqsınız. Daha sonra birincilərin ifasında vətən, məktəb, müəllim haqqında şeirlər dinlənilib. Məktəbin şagirdlərinin ifasında musiqi nömrələri və rəqslər ifa olunub. Sonda birincilər məktəbə dəvət olunub, məktəb və müəllimləri ilə tanış olublar.




























Gönderen 5sayli-uim.blogspot.com/ zaman: 01:46 Комментариев нет:
Отправить по электронной почтеНаписать об этом в блогеПоделиться в XОпубликовать в FacebookПоделиться в Pinterest
Следующие Предыдущие Главная страница
Подписаться на: Сообщения (Atom)

Məktəb

Məktəb
5 saylı Uşaq İncəsənət məktəbi Ünvan: Qaradağ r-nu, Sahil qəs., Ş.Əsgərov küç., 3 Tel.: 446-16-47
  • Məktəb haqqında
  • İxtisaslar
  • İncəsənət şöbəsi
  • Nailiyyətlər
  • Bunlar bizim fəxrimizdir
  • Məktəb təmirdən sonra
  • Səfərlərimiz
  • Video
  • Tədbirlər

Bloq arxivi

  • 07 (1)
  • 02 (4)
  • 01 (3)
  • 12 (7)
  • 11 (2)
  • 10 (2)
  • 09 (2)
  • 05 (3)
  • 04 (1)
  • 03 (2)
  • 02 (2)
  • 01 (2)
  • 12 (5)
  • 11 (2)
  • 10 (1)
  • 09 (1)
  • 06 (1)
  • 05 (10)
  • 04 (5)
  • 03 (3)
  • 06 (3)
  • 05 (4)
  • 04 (4)
  • 03 (6)
  • 02 (5)
  • 01 (3)
  • 12 (4)
  • 11 (2)
  • 10 (2)
  • 09 (2)
  • 06 (5)
  • 05 (9)
  • 04 (7)
  • 03 (5)
  • 02 (4)
  • 01 (1)
  • 12 (3)
  • 11 (3)
  • 10 (2)
  • 09 (3)
  • 05 (4)
  • 04 (6)
  • 03 (3)
  • 02 (7)
  • 01 (5)
  • 12 (8)
  • 11 (4)
  • 10 (4)
  • 09 (2)
  • 05 (6)
  • 04 (10)
  • 03 (3)
  • 02 (6)
  • 01 (6)
  • 12 (11)
  • 11 (6)
  • 10 (5)
  • 09 (3)
  • 06 (1)
  • 05 (2)
  • 04 (4)
  • 03 (2)
  • 02 (3)
  • 01 (3)
  • 12 (6)
  • 11 (4)
  • 10 (1)

Translate

Axtar

Abunə ol

Сообщения
Atom
Сообщения
Все комментарии
Atom
Все комментарии
5 saylı Uşaq İncəsənət Məktəbi. Тема "Водяной знак". Автор изображений для темы: Ollustrator. Технологии Blogger.