24.2.17
Fevralın 23-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar "Xocalısız 25 il" adlı sərgi-məruzə keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra incəsənət şöbəsinin müəllimi Ləman Ağayeva çıxış edib. Bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən Xocalı şəhərinin işğal olunması və soyqırım nəticəsində, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. Tədbir zamanı Xocalı hadisələri haqqında video-çarxlar da nümayiş olunub.Sonda məktəbin müəllim və şagird kollektivi təşkil olunmuş sərgi ilə tanış olub
22.2.17
21 fevral 5 nömrəli Uşaq İncəsənət məktəbində fortepiano ixtisası üzrə müəllimə Hacıverdiyeva Arzunun sinif konserti keçirildi. Konserti müəllimə açıq elan edərək, hər kəsi salamladı.Şagirdlərin ifasında Azərbaycan və avropa bəstəkarlarının əsərləri səsləndi, alqışlarla qarşılandı.Konsertin sonunda Hacıverdiyeva Arzu müəllimənin ifasi dinlənildi. Konsertin sonunda xatirə şəkilləri çəkdirildi.
20.2.17
Fevralın 17 -də 5 nömrəli uşaq incəsənət məktəbinin vokal şöbəsinin müəllimi Xəyalə Hüseynovanın sinif konserti keçirilib. İlk öncə vokal şöbəsinin müəllimi Xəyalə Hüseynova iştirakçıları salamlayıb. Daha sonra vokal sənəti haqqında ətraflı məlumat verib. Konsert zamanı Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub. Sonra Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından səhnəciklər nümayiş etdirilib. Sonda məktəbin direktoru Emin Nağıyev hər kəsə öz təşəkkürünü bildirib
Подписаться на:
Сообщения (Atom)