19.1.17
19 yanvar 5 nömrəli Uşaq İncəsənət məktəbində "Qanlı Yanvar" adlı sərgi-məruzə keçirildi. İlk öncə şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. İncəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə çıxış etdi, 20 Yanvar-1990-ci il Azərbaycan xalqının tarixində Qanlı Yanvar faciəsi kimi daxil olmuşdur. O, tarixdən artıq 27 il keçir. 1990-ci ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar,xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar... Heç zaman unudulmayacaq o gündən 27 il keçməsinə baxmayaraq, hərdən düşünürəm: görəsən, insanlar belə bir dəhşətli faciənin törədiləcəyini bilsəydilər,yenidən küçələrə axışardılarmı? Bunun cavabını elə o dövrdə- şəhidlərin dəfni zamanı bütün qoyulan qadağalara baxmayaraq, Azadlıq meydanından Dağüstü parka, indiki Şəhidlər xiyabanınadək uzanan insan axını, qorxu, hürkü bilməyən izdiham vermişdi.İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorulmalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz! Daha sonra şagirdlər "20 Yanvar" haqqında şerlər söylədilər. Monitorda faciə haqqında videoçarxlar göstərildi. Azərbaycan dövlət himni səsləndi. Rəsm sinifin şagirdlrəinin sərgi nümayiş olundu.
16.1.17
5.1.17
Dekabrın 30-da 5 nömrəli uşaq incəsənət məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə konsert keçirilib. İlk öncə məktəbin nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə çıxış edərək, müəllim kollektivini, şagird və valideynləri bayram münasibətilə təbrik edib, Yeni ildə hər kəsə xoş günlər arzulayıb. Daha sonra incəsənət şöbəsinin müəllimi Aynurə Haqverdiyeva çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik gününün yaranması haqqında məlumat verib.Qeyd edib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70- dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Sonra məktəbin xor sinifinin şagirdlərinin ifasında Yeni ilə həsr olunmuş mahnılar ifa olunub. Sonda məktəbin direktoru Emin Nağıyev çıxış edərək hər kəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb
Подписаться на:
Сообщения (Atom)