29.4.16
Aprelin 28-də 5 nömrəli uşaq incəsənət məktəbində xalq çalğı və nəfəsli alətləri şöbəsində birinci məktəbdaxili müsabiqə keçirilib. Müsabiqədə xalq çalğı və nəfəsli alətləri şöbəsinin şagirdləri fəal çıxış ediblər. Qeyd edək ki, mayın 17-də konsert keçiriləcək.Konsert zamanı qaliblər müəyyən edilib diplomla təltif olunacaq.
23.4.16
5 nömrəli Uşaq İncəsənət məktəbi 18 aprel -22 aprel tarixinədək keçirilən Əməkdar incəsənət xadimi, professor Azər Dadaşovun 70 illik yubleyinə həsr olunmuş "Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası" üzrə III Beynəlxalq müsabiqəsində iştirak etmişdir. Məktəbi 3-cü sinif şagirdi Hacıverdiyeva Aytac təmsil etmişdir. Aytac I turda İ.S.Bax- On iki prelüd N 10 menuet trio g-moll, A.Dadaşov-Sonatina N 3, II turda -R.Şuman-"Gənclik albomu" "Kiçik romans", A.Dadaşov "Məzəli rəqs" əsərlərini uğurla ifa edərək münsiflər heyyətinin diqqətini cəlb etmişdir. Çox ciddi, çox məsuliyyətli musiqi yarışmasında ilk dəfə çıxı etməsinə baxmayaraq Hacıverdiyeva Aytac müsabiqdə Həvəsləndirici mükafata layiq görülmüşdür. Məktəbin müəllim və şagird kollektivi Hacıverdiyeva Aytacın ilk uğurlarına sevinir, fəxr edir və gələcəkdə daha böyük nailiyyətlər arzulayır.
22.4.16
Aprelin 21-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 5 nömrəli uşaq incəsənət məktəbində fortepiano şöbəsinin müəllimi Esmira Baxışovanın sinif konserti təqdim edilib. Konserti ilk öncə Esmira Baxışova açıq elan edərək, qonaqları salamlayıb, sonra sinif və şagirdlər haqqında məlumat verib. Daha sonra şagirdlər müəllim, məktəb və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Tədbirin sonunda şagirdlər Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.
20.4.16
5 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdləri Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III Respublika Elmi-ifaçılıq müsabiqəsində ilk dəfə iştirak etmələrinə baxmayaraq uğurla çıxış etdilər. Həmin müsabiqədə məktəbimizi 7 şagird təmsil edir. Onlar Cavadov Məhəmməd-skripka (5-ci sinif şagirdi), Qafarov Nurlan-klarnet (4-ci sinif şagirdi), Əhmədli Murad-qarmon (4-ci sinif şagirdi), Nəsirli Elnur-qarmon (4-ci sinif şagirdi), Hacıverdiyeva Aytac- fortepiano (3-cü sinif şagirdi), Səfərli Aydan-vokal (3-cü sinif şagirdi), Rəhmanzadə Kənan-vokal (2-ci sinif şagirdi) ixtisasları üzrə məktəbimizi təmsil etdilər. Müsabiqə ümumiyyətlə yüksək səviyyədə keçirildi. Çıxış edən bir çox ifaçılar geniş dünya görüşlərini öz məruzələrində nümayiş etdirirdi. Bizim şagirdlərimiz də öz çıxışlarında ifa etdikləri əsərlərin bəstəkarları haqqında maraqlı,ətraflı məlumatlar verirdilər. Çaldıqları əsərlərin təhlilində musiqi savadı sahəsində də dərin biliklərini nümayiş etdirə bildilər və münsiflər heyyətinin diqqətini özlərinə cəlb etdilər. Müsabiqənin nəticələrinə görə Cavadov Məhəmməd, Nəsəirli Elnur, Əhmədli Murad, Qafarov Nurlan, Rəhmanzadə Kənan diplomlarla, Səfərli Aydan və Hacıverdiyeva Aytac həvəsləndirici diplomlarla təltif olunmuşlar. Məktəbimizin müəllim və şagird kollektivi müsabiqədə nailliyyət əldə edən şagirdləri alqışlarla və böyük ruh yüksəkliyi ilə qarşıladılar. Məktəbin direktoru Emin Nağıyev şagirdlərlə görüş keçirtdi, onları təbrik etdi və gələcəkdə daha böyük uğurlar, nailliyyətlər arzuladı. Sonda xatirə şəkilləri çəkdirildi.
Подписаться на:
Сообщения (Atom)